Şrift:
Azərbaycanda koronavirus infeksiyasından daha 435 nəfər sağalıb, 144 yoluxma faktı qeydə alınıb
06.08.2020 [20:31] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 435 nəfər sağalıb, 144 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 min 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib. Aktiv xəstə sayı 3493 nəfərdir.

Ötən müddət ərzində 766 min 179 test aparılıb. Bugünkü test sayı isə 7050-dir.
Bu xəbər oxucular tərəfindən 192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed