Şrift:
İranın neft ixracatı günlük 101 min bareldən aşağı düşüb
07.08.2020 [09:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerikanın rəsmi Tehrana qarşı sanksiyalarından əvvəl İranın neft ixracatı günlük 2.5 milyon barel idi.


“Kepler”in statistikasına əsasən, İranın cari ildə iyul ayına qədər gündəlik neft ixracatının həcmi orta hesabla 223 min barel təşkil edib.


Bildirilir ki, hazırda yalnız Çin və Suriya İrandan neft idxal edir. Çin gömrükünün statistikası isə bu ölkənin iyun ayında İrandan neft idxal etmədiyini göstərir.


“Röyters” agentliyinin isə yaydığı məlumatında bildirilir ki, İranın neft istehsalının həcmi iyul ayında günlük 1.9 milyon barelə düşüb.


Qeyd edilir ki, hazırda İranda xam neftinin daxili istehlakı gündə 1.8 milyon bareldir və ölkədə istehsal edilən neft həcminin aşağı düşməsi ölkə neftinə tələbatın olmamasını göstərir.


Həmçinin məlumata bildirilir ki, hazırda İranın quruda və körfəz sularında lövbər salmış tankerlərdə depoladığı 120 milyon bareldən çox netti müştərisiz qalıb.
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed