Şrift:
İranın cənub-şərqində növbəti terror hücumu həyata keçirilib
05.11.2012 [11:21] - Güney Azərbaycan xəbərləri, Hadisə
İranın Sistan və Buluçistan vilayətinin mərkəzi Zahidan şəhərində naməlum silahlı şəxslərin ətrafa açdığı atəş nəticəsində 4 nəfər yaralanıb. Vilayətin təhlükəsizlik şöbəsi rəisinin müavini Əli İzədi bildirib ki, motosiklet sürən iki şəxs yoldan keçən piyadaların üzərinə atəş açıblar:

“Hadisə nəticəsində 4 nəfər yaralanıb və onlar dərhal xəstəxanaya qaldırılıblar. Terrorçular hadisə yerindən qaça biliblər. Hazırda həmin şəxslərin həbs olunması üçün işlər davam etdirilir”.
Qeyd edək ki, bu günlərdə Sistan və Bəluçistan vilayətinin Sərbaz bölgəsində məktəb müəllimi Məhəmməd İslamiyə qarşı terror aktı həyata keçirilib. Naməlum şəxslər müəllimə atəş açıb və o, hadisə yerində dünyasını dəyişib. Bundan əvvəl isə Sistan və Bəluçistan vilayətinin Çabahar şəhərində terrorçu özünü partlatmışdı. Terror aktı nəticəsində terrorçudan başqa daha iki nəfər həlak olmuş və 6 nəfər yaralanmışdı.
Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed