Şrift:
Türkiyə lirəsi dollar və avro qarşısında ən aşağı həddə düşüb
07.08.2020 [10:11] - Gündəm, İqtisadiyyat
Bu gün səhər saatlarında 1 dolların məzənnəsi 7.28 lirəyə qalxıb, lakin bir neçə saat sonra 7.22 lirəyə düşüb. Buna baxmayaraq, bu hal dünənə nisbətən yenə də lirənin dəyərində 3%-dən çox ucuzlaşma hesab edilir.


Hər avronun məzənnəsi isə bu gün 8.67 lirəyə yüksəlib.


Qeyd etmək lazımdır ki, Türkiyə lirəsi 2020-ci ilin əvvəllərindən öz dəyərini 18% itirib. Bunun əsas səbəbi koronavirusun yayılmasının ölkə iqtisadiyyatına mənfi təsir göstərməsi ilə əlaqələndirilir.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed