Şrift:
İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb
07.08.2020 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ermənistan mətbuatının məlumatına görə, səfir bildirib ki, "iki ölkə arasında mövcud olan tarixi və mədəni bağlar" İranın Ermənistanla əlaqələrini möhkəmləndirməsini zəruri edir.


Bildirilir ki, tərəflər iki ölkə arasında hər cür kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi barədə də fikir mübadiləsi aparıblar.


Qeyd etmək lazımdır ki, Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı təxribatçı hücumu, eləcə də Türkiyənin Azərbaycanla birgə hərbi təlimləri İran rejimini qıcıqlandırıb. Son həftələr ərzində İran mətbuatında çıxan bir sıra anti-Azərbaycan və Ermənistanın işğalçı mövqeyini dəstəkləyən xəbərlərdən başqa, rəsmi Tehran İrəvana dəstəyini nümayiş etdirmək üçün bir sıra addımlar atıb.


Bir neçə gün əvvəl İranın İrəvanda yeni akkreditə edilmiş səfiri Abbas Bədəxşan Zühuri və səfirliyin hərbi atteşesi, polkovnik Mehdi Heyət Vicdani Ermənistanın Müdafiə naziri David Tonoyanla görüşmüşdü. Həmin görüş zamanı hərbi sahədə ikitərəfli münasibətlərin perspektivlərindən savayı, Azərbaycanın Tovuzda Ermənistanın təxribatının qarşısını alan zaman istifadə etdiyi modern pilotsuz uçan aparatlar da müzakirə edilmişdi.
Bu xəbər oxucular tərəfindən 118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed