Şrift:
Hindistanda COVID-19-a yoluxanların sayı iki milyonu ötüb
07.08.2020 [10:51] - Gündəm, Sosial
Hindistanda ötən gün ərzində COVID-19 infeksiyasına 62 min 538 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı iki milyonu ötüb.

Hindistan yeni növ koronavirusa yoluxma sayı iki milyonu ötən üçüncü ölkədir. Bundan əvvəl ABŞ və Braziliyada yoluxma sayı iki milyon nəfəri ötmüşdü.

Hindistanın Federal Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxduğu təsdiqlənən 886 nəfər ötən sutka vəfat edib. Bununla, Hindistanda pandemiya qurbanlarının sayı 41 min 585-ə çatıb.

Nazirlik virusa yoluxmuş 1 milyon 378 min nəfərin sağaldığını açıqlayıb. Ardıcıl 8 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 50 mindən yuxarı olub.

Son bir neçə gün Hindistan gündəlik yoluxma hallarının sayına görə dünyada birinci olur.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxma sayına görə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Ən çox yoluxma halları Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed