Şrift:
Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"
07.08.2020 [14:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, eyni zamanda Çin və Rusiyanın BMT-nin rəsmi Tehrana qarşı qəbul etdiyi silah embarqosunun müddətinin uzadılmasına veto qoymaqla bağlı planlarına da münasibət bildirib.


Xanım Kraft qeyd edib ki, Çin və Rusiya bu addımı atsalar, o zaman onlar dünyada terroru dəstəkləyən 1 nömrəli dövlətin şərikləri olacaqlar.


"Baxmayaraq ki, Çin və Rusiya öz sərhədlərindən kənarda hərc-mərclik yaratmağa təlaş göstərirlər, lakin Birləşmiş Ştatlar yenə də onların Yaxın Şərqdə sülhün əhəmiyyətini dərk edəcəklərinə ümid edir", - deyə səfir əlavə edib.


Qeyd etmək lazımdır ki, BMT-nin İrana qarşı silah embarqosu bu ilin oktyabr ayında sona çatır. Rəsmi Vaşinqton embarqonun uzadılmasına çalışsa da, Pekin və Moskva buna qarşı çıxır.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed