Şrift:
"Keşlə" 26 yaşlı braziliyalı futbolçunu transfer edib
10.08.2020 [09:26] - Gündəm, İdman
Paytaxtın "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.

Klubun rəsmi saytı xəbər verir ki, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla 1 illik müqavilə bağlanılıb.

Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” komandalarında oynamış 26 yaşlı forvard son olaraq Albaniya “Vlajniya”sında çıxış edib.

Qeyd edək ki, "Keşlə" buna qədər Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə və Dmitro Klotsu da heyətinə cəlb edib.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed