Şrift:
Yaponiya Prefekturalarının Qubernatorları Assosiasiyası əhalini doğma şəhərlərə səfərlərdən çəkinməyə çağırıb
10.08.2020 [09:27] - Gündəm, Sosial
Yaponiya Prefekturalarının Qubernatorları Assosiasiyası əhalini Obon bayramı günlərində ciddi şəkildə düşünməyə və doğma şəhərlərə səfərlərdən çəkinməyə çağırıb.


Qubernatorlar bu barədə onlayn formatda keçirilən konfrans zamanı bəyan ediblər.

Okinava prefekturasının qubernatoru Tamaki Denni deyib ki, əgər insanlar bu çağırışa əməl etməyərək doğma şəhərlərinə səfər edərlərsə, bu zaman heç bir halda koronavirusa daha həssas olan yaşlı insanlarla görüşməməlidirlər. Bu prefekturada koronavirusa yoluxanlar arasında yaşlılar xüsusilə üstünlük təşkil edirlər.

Tokionun qubernatoru xanım Koike Yuriko isə nəvələrə öz baba və nənələri ilə internet vasitəsilə əlaqə yaratmağı tövsiyə edib.

Osakanın qubernatoru Yoşimira Hirofumi deyib ki, onun prefekturası insanları doğma şəhərlərinə səfərlərdən çəkinməklə yanaşı, böyük qruplar halında toplaşaraq içki məclisi düzəltməkdən çəkinməyə çağırır.

Qubernatorlar hər bir prefekturanın öz veb-saytında insanları doğma şəhərlərə səfərlərdən çəkinməyə və bu zaman qəbul etdikləri qərar barədə ciddi şəkildə düşünməyə çağıran müraciət yerləşdirmək barədə razılığa gəliblər.

Onlayn konfrans zamanı, eyni zamanda mərkəzi hökumətə virus testlərinin daha geniş ərazidə, daha sürətlə təşkili məqsədilə tədbirlərin gücləndirilməsi və səhiyyə xidmətləri üçün prefekturalara ayrılan qrantların məbləğinin qaldırılması barədə müraciət də qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed