Şrift:
İstehlak məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb
10.08.2020 [11:21] - Gündəm, İqtisadiyyat
İyun ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,6 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,6 faiz təşkil edib.

Bakı Şəhər Statistika İdarəsi xəbər verir ki, cari ilin iyununda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,5 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,9 faiz olub. İyunda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayına ilə müqayisədə 99,8 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 100,9 faiz təşkil edib. Hesabat dövründə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,8 faiz, 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,1 faiz olub.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed