Şrift:
Evin həbsxanasında bəzi siyasi məhbuslar koronavirusa yoluxub
10.08.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Azad İşçilər İttifaqı"nı saytının yaydığı məlumata görə, həmin şəxslər "Azad İşçilər İttifaqı"nın idarə heyətinin katibi Cəfər Əzimzadə, Müəllimlərin Həmkarlar İttifaqının üzvü İsmayıl Əbdi, vəkil Əmirsalar Davəri, Məhəmməd Azərpey və Məhəmməd Davudidir.


İsmayıl Əbdinin həyat yoldaşı bildiri ki, həmin siyasi məhbuslar həbsxananın tibb məntəqəsinə köçürülsələr də, hamısı bir otaqda saxlanılırlar.


Qeyd etmək lazımdır ki, keçən həftənin cümə günü "Amnesty İnternation" İranın Pentensiar Xidməti ilə Səhiyyə Nazirliyi arasında bəzi yazışmaları yaymışdı. Həmin sənədlərdə İran rejiminin koronavirusun həbsxanalarda yayılmasının qarşısını almaq və həbsxanalara müalicə üçün lazım olan tibbi ləvazimatları göndərmək istiqamətində heç bir addım atmadığı müşahidə edilirdi.
Bu xəbər oxucular tərəfindən 230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed