Şrift:
Güney azərbaycanlı milli fəal Bəhmən Xaliqi yol qəzasında dünyasını dəyişib
10.08.2020 [14:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xaliqi son iki həftədə yol hadisəsində ölən ikinci milli fəaldır. Avqustun 1-də Əli Məhəmmədzadə “ölüm şosesi” kimi tanınan Əhər-Təbriz yolunda baş verən yol nəqliyyat hadisəsində həyatını itirmişdi.





Bəzi fəallar son aylarda azərbaycanlıların milli hüquqları uğrunda çalışanlara qarşı təzyiqlərin artmasını, eləcə də ötən illərdə bir neçə milli fəalın İran təhlükəsizlik qüvvələri tərəfindən saxta yol hadisələrində öldürülməsini əsas gətirərək Xaliqinin ölümü ilə nəticələnən qəzanın şübhəli olduğunu irəli sürürlər.







Ötən illər ərzində Bəhmən Xaliqi mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Mərhumun Binab şəhərindəki “İşıq Kitav Evi” mağazası 2013-cü ildə dövlət tərəfindən qapadılıb.





Xaliqi bir neçə digər fəalla bərabər 2013-cü ilin yanvar ayında İranın Ermənistana dəstək verməsinə qarşı keçirilən etiraz aksiyasında saxlanılaraq 6 ayı qəti və 6 ayı şərti olmaqla bir il həbs cəzasına məhkum edilmişdi.

Milli fəal həmçinin 2013-cü ilin fevral ayında Dünya Ana Dili Günü münasibətilə təşkil olunan mərasimə qatıldığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.





Ən son 2019-cu ilin noyabr ayında təhlükəsizlik qüvvələri Bəhmən Xaliqinin iş yerinə hücum edərək fəala aid kitabları, mobil telefonu və bir neçə şəxsi əşyanı müsadirə etmişdilər.





Ərk-Azərbaycan İnsan hüquqları Cəmiyyətinin yaydığı məlumatına əsasən, milli fəal son vaxtlara qədər ardıcıl şəkildə İranın təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed