Şrift:
Yol polisi: Karantin keçid postlarından 3540 avtomobil geri qaytarılıb
10.08.2020 [14:24] - Xəbərlər, Hüquq
Avqustun 8-də və 9-da karantin keçid postlarından 3500-dən çox avtomobil geri qaytarılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, ötən həftənin şənbə və bazar günləri ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 400-ü rayon, 860-ı paytaxt istiqamətinə olmaqla 1260, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 280-i rayon, 955-i paytaxt istiqamətinə olmaqla 1235, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 535-i rayon, 510-u paytaxt istiqamətinə olmaqla 1045 avtomobil geri qaytarılıb. Ümumilikdə 3540 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Bu xəbər oxucular tərəfindən 1173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed