Şrift:
ABŞ-da baş verən güclü partlayış ölümlə nəticələnib, bir neçə ev dağılıb
11.08.2020 [09:53] - Gündəm, Hadisə
ABŞ-da evdə qaz partlayışı nəticəsində azı bir nəfər ölüb.

Hadisə Merilend ştatının Baltimor şəhərində qeydə alınıb.

Partlayışın gücündən bir neçə ev tamamilə dağılıb.

Xilasetmə əməliyyatı zamanı dörd nəfərin dağıntılar altından çıxarıldığı, vəziyyətlərinin kritik və ağır olduğu bildirilib, onlar hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hazırda 30-dan çox xilasedici dağıntılar altında qala biləcək insanların axtarışını davam etdirir.
Bu xəbər oxucular tərəfindən 222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed