Şrift:
İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb
11.08.2020 [10:03] - Xəbərlər, Mədəniyyət
11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 20 034 nəfərdən 2 173 nəfər imtahana gəlməyib, 5 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Xırdalan şəhəri, 2 nömrəli tam orta məktəbin cari il məzunu və Lənkəran şəhəri, 10 nömrəli tam orta məktəbin 2019-cu il məzunu maksimal olan 300 bal toplayıb. 23 nəfər isə 297.1 bal toplayıb.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed