Şrift:
Yaponiyanın bir sıra yerlərində dözülməz istilər proqnozlaşdırılır
11.08.2020 [10:05] - Gündəm, Siyasət
Yaponiya meteoroloqları ölkənin bəzi yerlərində temperaturun 38 dərəcədən yuxarı qalxacağını proqnozlaşdırırlar.

Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, avqustun 10-da ölkənin bir çox yerlərində güclü istilər qeydə alınıb. Cari yay fəslində gündəlik maksimum - 38,6 dərəcə Qifu prefekturasının Tazimi şəhərində müşahidə edilib.

Ümumiyyətlə, ölkə üzrə mövcud olan 921 məntəqədən 177-də 35 dərəcədən yuxarı temperatur qeydə alınıb. Bu, cari fəsildə qeydə alınan ən yüksək göstəricidir.

Meteoroloqların bildirdiyinə görə, avqustun 11-də Yaponiyanın qərb və şərq hissələrindən başlayaraq, şimal-şərqdə yerləşən Tohoku regionunadək güclü istilər müşahidə ediləcək.

Gündəlik maksimum 38 dərəcə istinin Fukuşima, Maebaşi və Kumaqaya da müşahidə ediləcəyi proqnozlaşdırılır. Tokionun mərkəzində temperaturun müsbət 37 dərəcəyə qalxacağı gözlənilir.

Son günlər bir neçə nəfərin günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirildiyi də bildirilir.

Sakinlərə daha çox su içmək, Günəşin şüalarından yayınmaq, qapalı yerlərdə kondisionerdən istifadə etmək tövsiyə olunur.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed