Şrift:
Bu gündən “Gənclik” metro stansiyasının ödəmə terminalları vətəndaşların istifadəsinə verilib
11.08.2020 [11:08] - Gündəm, İqtisadiyyat
Avqustun 11-dən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açılıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə bilərlər.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələri və sosial məsafəni gözləmələri xahiş olunur. Tövsiyə edilir ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed