Şrift:
İraqın şimalında keçirilən antiterror əməliyyatları zamanı beş terrorçu zərərsizləşdirilib
11.08.2020 [12:40] - Gündəm, Hərb
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pəncə-Qaplan” antiterror əməliyyatlarını keçirdiyi ərazidə beş terrorçu məhv edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, terrorçulardan ikisi İraqın Haftanin, üçü isə Avaşin bölgələrində zərərsizləşdirilib.

Əməliyyatlar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed