Şrift:
Dünyanı sarsıdan məşhur “2012” filmində Azərbaycan bayrağı - FOTO+VİDEO
05.11.2012 [13:21] - Sosial
Hollivudun 2009-cu ildə istehsal etdiyi “2012” adlı qəza filmində Azərbaycanın üçrəngli bayrağı təsvir olunub.

Davam.Az bildirir ki, dünyada böyük rezonans doğurmuş bu filmin ssenarisinin kökündə guya dünyanın dağılacağı ilə bağlı qədim Mayya təqvimindəki “tarixin sonu” mifi dayanır.

Filmin 78-ci dəqiqəsində insanları xilas etmək üçün nəzərdə tutulan nəhəg təyyarə göstərilir. Bu təyyarə enərkən asanlıqla onun üzərində təsvir edilmiş Azərbaycanın üçrəngli bayrağını görmək mümkündür.

“2012” filminin çəkilişləri rejissor Roland Emmerixin rəhbərliyilə 2008-ci ilin avqustunda başlanıb. Filmin premyerası 2009-cu il noyabrın 12-də olub. Filmdə dünyanın bir sıra məşhur abidələrinin və tarixi tikililərin dağılması təsvirləri var. Maraqlıdır ki, rejissor Kəbənin dağılması ilə bağlı süjeti ssenaridən çıxarıb.

NASA bu filmi son illərin ən “anti-elmi” filmi elan edib. Ssenaridə xeyli sayda uydurmalar və elmi təhriflərə yol verilib.

Film Azərbaycanda da populyarlıq qazanıb.

Bu xəbər oxucular tərəfindən 1401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed