Şrift:
COVID-19 pandemiyasına həsr edilən beynəlxalq konfransın materialları nəşr olunub
11.08.2020 [15:27] - Gündəm, Mədəniyyət
“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfransın materialları nəşr olunub.

AMEA-dan bildirilib ki, beynəlxalq tədbirə təqdim edilən çoxsaylı tezislərdən 102-si seçilərək konfrans materialları şəklində dərc olunub.

Kitabda bir sıra tanınmış azərbaycanlı və xarici alimlərin tezisləri yer alıb.

Xatırladaq ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu COVID-19 infeksiyasını əhatə edən “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsün reallaşdırılması nəticəsində ölkədə və xaricdə çalışan azərbaycanlı alimlərin, həmçinin ABŞ, Birləşmiş Krallıq, Fransa, Cənubi Koreya, Türkiyə və İrandan olan mütəxəssislərin iştirakı ilə beynəlxalq onlayn konfrans keçirilib. Konfransda 100-dən çox məruzə dinlənilib.
Bu xəbər oxucular tərəfindən 236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed