Şrift:
Yaponiya hökuməti koronavirusla mübarizədə regionlardan yardım istəyir
12.08.2020 [09:39] - Gündəm, Sosial
Yaponiyanın koronavirusla mübarizəyə cavabdeh olan naziri Nişimura Yasutoşi prefekturaların qubernatorlarını müvafiq istiqamətdə əməkdaşlığa çağırıb.

Nazir belə bir çağırışla qubernatorlarla təşkil edilmiş onlayn konfrans zamanı çıxış edib. N.Yasutoşi hökumət tərəfindən ekspertlərin təklif etdiyi dörd mərhələli indeksləşdirmənin qəbul edildiyini bildirib. Qeyd edib ki, bu indeksləşdirmə zamanı yoluxma hallarının ümumi sayı və koronavirus testləri vaxtı müsbət reaksiyalar da nəzərə alınmaqla altı göstərici əsas götürüləcək. Mütəxəssislərin rəyinə görə, ölkənin bir çox regionları həmin indeksləşdirmə üzrə hazırda ikinci mərhələdədir və bu, yoluxmanın yayılmaqda davam etdiyini təsdiqləyir.

Yerli hakimiyyət orqanlarından bu indeksləşdirmədən öz regionlarında mövcud vəziyyəti qiymətləndirmək üçün istifadə edəcəklərini gözlədiklərini bildirən nazir qeyd edib ki, bu, yerlərdə yaranan tələbatı öyrənmək üçün fəal addımlar atılmasına təsir göstərəcək. N.Yasutoşi, həmçinin bunun əhali ilə əməkdaşlığa və informasiya mübadiləsinə müsbət təsir edəcəyinə ümidvar olduğunu deyib.

Nazirin sözlərinə görə, ölkədə vəziyyət hazırda həlledici məqama yaxınlaşıb. İnfeksiyanın xüsusən yaşlı insanlar arasında yayılmasının qarşısının alınmasına ehtiyac olduğunu vurğulayan nazir, ağır xəstələrin yataqla təchizatının zəruriliyini də bildirib.

Yaponiya Qubernatorları Assosiasiyasını sədri, Tokuşima prefekturasının qubernatoru İizumi Kamon deyib ki, müəssisələrin fəaliyyətini dayandırması barədə xahişin səmərəli olması üçün onlara kompensasiyaların ödənilməsi xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə mərkəzi hökumət tərəfindən ayrılan subsidiyaların məbləği artırılmalıdır.

İ.Kamon, həmçinin müəssisələrə təsir göstərmək üçün hüquqi bazanın gücləndirilməsini təklif edib. Belə tədbirlər sırasında xahişə əməl etməyən müəssislərə cərimələr tətbiqinin müsbət nəticə verəcəyini bildiri
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed