Şrift:
“Qarabağ” “Sabah”ın qapısından iki cavabsız top keçirib
12.08.2020 [09:45] - Gündəm, İdman
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti yoxlama oyununu keçirib

Ağdam klubunun komandası “Azersun Arena”da "Sabah"la qarşılaşıb. Qapalı görüşdə "Qarabağ" 2 cavabsız qolla qalib gəlib. Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilmiş oyunda “Sabah” 2:1 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində, həmçinin “Sumqayıt”a (1:0), “Neftçi”yə (5:2), “Qəbələ”yə (2:0) qalib gəlib. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub edib.
Bu xəbər oxucular tərəfindən 128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed