Şrift:
13 ildən sonra Urmiya gölündə damba yolunun dəyişdirilməsinə vəd verilib
12.08.2020 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onlar bu yolun gölə zərər verdiyini bildirərək, onun yenidən dizayn edilməsi ilə bağlı vəd veriblər.


"Urmiya gölünün bərpasının ana xətlərindən biri ortadan körpünün tikilməsi ilə meydana gələn quruma faktorlarının araşdırılması idi. Təbriz Universiteti apardığı araşdırmadan sonra bu qənaətə gəlib ki, körpülərin altında su keçiricilərinin bir neçəsi yenidən quraşdırılmalıdır", - deyə qərargahın tədqiqat rəhbəri bildirib.


O qeyd edib ki, Yol və Şəhərsalmaz Nazirliyi, habelə Qərbi Azərbaycan valisinin tikinti işləri üzrə müavini ilə baş tutmuş yazışmalardan sonra körpünün dəyişdirilməsi əməliyyatı yaxın zamanlarda başlayacaq.






Bildirilir ki, Urmiya gölünün ortasından keçən arakəsmə körpünün üzərində dəyişikliklər aparılması Yol və Şəhərsalmaz Nazirliyinin agendasına salınıb.


İran hökumətinin rəsmilərinin arakəsmə körpü adlandırdıqları həmin 11 kilometrlik yol gölün şimal və cənub hissəsini ayırmaqla, suyun dövr etməsinə maneə olur və göldə ekoloji böhran yaradır.


Həmin yolun 5 kilometri Şərqi Azərbaycan, 6 kilometri isə Qərbi Azərbaycan tərəfə düşür. Yolda suyun dövr etməsi üçün 1.5 km uzunluğunda körpü quraşdırılıb.






Körpünün iki tərəfindən olan yol göldə suyun dövr etməsinə böyük maneələr törədir və məsullar uzun illərdir ki, bu problemin həll olunacağına yalançı vədlər verirlər.


Damba yollar böhran səbəbi hesab edildiyindən, onun aradan qaldırılmaması Urmiya gölündə su dövranının durğun qalmasına, bununla da çökmə və suyun buxarlanmasının səviyyəsinin artmasına səbəb olur.


Şərqi və Qərbi Azərbaycan əyalətlərini bir-birinə birlədirmək üçün Urmiya gölünün ortasında salınmış bu yolda torpaq yolun uzunluğu körpüdən dəfələrlə çoxdur.


Faktiki olaraq göl iki hissəyə ayrılıb. Bu isə su dövranının və axınının qarşısını almaqla, gölün qurumasını daha da sürətləndirir.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed