Şrift:
Ukraynada koronavirusdan ölənlərin sayı 2 minə yaxınlaşıb
12.08.2020 [11:01] - Gündəm, Sosial
Ukraynada son sutkada 1433 nəfər koronavirusa yoluxub, 19-u isə həyatını itirib.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, ən çox yoluxma Kiyev və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 84 min 548 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1970 nəfərdir, 45 min 686 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed