Şrift:
Türkiyədə baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub
12.08.2020 [11:45] - Gündəm, Bildiriş
Avqustun 12-də Heydərabad seysmoloji stansiyasından 53 kilometr şimal-qərbdə - Türkiyənin İğdır vilayətində maqnitudası 4.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:29-da qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək və Heydərabad rayonlarında 3 bala qədər hiss olunub.
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed