Şrift:
Həbsdə olan milli fəal Abbas Lisaninin qardaşı dünyasını dəyişib
12.08.2020 [13:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əkbər Lisani İran ordusunun zabitlərindən olub. O, azərbaycanlıların milli hüququ uğrundakı mübarizəsini dəstəklədiyinə görə, həmçinin Abbas Lisani ilə yaxın münasibəti səbəbilə uzun illər ordunun kəşfiyyat idarəsi tərəfindən təzyiqlərə məruz qalıb.





İranın təhlükəsizlik-məhkəmə məsullarının Abbas Lisaninin qardaşının yas mərasimində iştirakı üçün məzuniyyətə buraxılmasına icazə verib - verməyəcəkləri hələlik bəlli deyil.

Koronavirus infeksiyasının zindanlarda geniş yayılmasına və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq 2019-cu il yanvarın 15-dən həbsdə saxlanılan Lisani hələ də həbsxanadan məzuniyyətə buraxılmır.





Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Bu xəbər oxucular tərəfindən 89 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed