Şrift:
Yerli məsulların xəyanəti nəticəsində Təbrizin fotoqrafiya muzeyi Tehrana köçürülür
12.08.2020 [13:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizli fotoqraf və kolleksiyaçı Məhəmmədəli Cədidülislamın təşəbbüsü ilə fəaliyyətə başlayan və Azərbaycanın fotoqrafiya tarixini özündə əks etdirən muzeyin əşyaları Tehrana köçürülür.

Məhəmmədəli Cədidülislam öz İnstagram səhifəsində qısa video paylaşaraq bu barədə məlumat verib.





Daha öncə də muzeyə aid əşyaların Təbriz Bələdiyyəsi idarəsi tərəfindən uyğunsuz şəkildə daşınmasını əks etdirən video sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu.



Qeyd edək ki, may ayının 20-də İran rejimi məsullarının laqeyd münasibəti nəticəsində “Təbriz Peşə Muzeyi” də fəaliyyətini həmişəlik dayandırmışdı.

Azərbaycanın tarixi peşələrini özündə əks etdirən muzey üç il öncə təbrizli heykəltəraş və kolleksiyaçı Rza Sarabi Əqdəmin təşəbbüsü ilə fəaliyyətə başlamışdı.





Təbriz Bələdiyyə İdarəsi və Şərqi Azərbaycan əyalətinin rəsmiləri ideyanı dəstəkləməyə söz versələr də əməldə mövzuya laqeyd yanaşdılar və ömrünü Təbriz və Azərbaycanın keçmişinə aid əsərlərin toplanmasına həsr edən kolleksiyaçı maliyyə öhdəliklərini yerinə yetirə bilməyərək həbsxanalıq oldu.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed