Şrift:
Son gündə Özbəkistanda koronavirusdan 14 nəfər ölüb
12.08.2020 [14:09] - Gündəm, Türk dünyası-Turan
Son vaxtlar Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların və ölənlərin sayı artır. Son 24 saat ərzində isə virusa 679 nəfər yoluxub, koronavirus xəstələrinin ümumi sayı 32 min 215 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son sutkada virusdan 14 nəfər vəfat edib və ölənlərin sayı 208 nəfərə çatıb.

Xəstəxanalarda 7 min 917 nəfərin olduğu bildirilir, onların 308-nin vəziyyəti ağır, 428-nin isə kritikdir.

Xatırladırıq ki, avqustun 15-dək ölkədə karantin rejimi qüvvədədir.
Bu xəbər oxucular tərəfindən 1024 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed