Şrift:
Son sutka ərzində Pakistanda 17 nəfər koronavirusdan həyatını itirib
13.08.2020 [09:50] - Gündəm, Sosial
Son sutka ərzində Pakistanda koronavirusa 730 nəfər yoluxub. Bununla da belə xəstələrin sayı 285 min 921 nəfərə çatb.

Pakistan mətbuatı xəbər verir ki, son sutkada 17 nəfər bu xəstəlikdən həyatını itirib. Vəfat edənlərin sayı isə 6 min 129 nəfər olub.

Hazırda ölkə xəstəxanalarında 16 min 599 pasiyentin olduğu bildirilir ki, bunlardan da 785 xəstə ağır vəziyyətdədir.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed