Şrift:
Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər
13.08.2020 [09:51] - Gündəm, Gənclik
Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənimizin inkişafı üçün səylə çalışırlar. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər.

Bu fikirlər Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Xocalı, Xocavənd, Qubadlı, Kəlbəcər, Şuşa və Zəngilan rayonların gənclər və idman idarələrinin təşkilatçılığı ilə keçirilən 12 avqust- Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfransda səsləndirilib. İşğal olunmuş rayonlardan olan 92 nəfər məcburi köçkün gəncin iştirak etdiyi videokonfransda Beynəlxalq Gənglər Gününün əhəmiyyəti, dövlətin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasət, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, ictimai-siyasi fəallığının artmasına kömək göstərilməsi barədə fikirlər səsləndirilib. Gənclər və idman idarələrinin rəisləri gənclərin vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi və bu kimi digər məsələlər barədə çıxışlar edib, mövzu ilə bağlı ayrı-ayrı gənclərin fikirləri dinlənilib.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed