Şrift:
Ukrayna MDB çərçivəsində bağlanmış bir neçə sazişdən çıxıb
13.08.2020 [10:50] - Xəbərlər, Siyasət
Ukrayna Nazirlər Kabineti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində sərhəd məsələləri və mədəniyyət sahəsində əməkdaşlığa dair daha bir neçə sazişi pozub.

Müvafiq qərarlar Ukrayna hökumətinin dünənki iclasında qəbil edilib.

Hökumət mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin denonsasiyası barədə təklifi dəstəkləyib, habelə MDB üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının yaradılmasına dair sazişdən çıxmaq haqqında qərar qəbul edib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Sərhəd Qoşunları Komandanları Şurasından çıxması barədə fərman layihəsi də bəyənilib.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed