Şrift:
Qobustan arıçıları 16 tondan çox bal süzüblər
13.08.2020 [10:52] - Gündəm, İqtisadiyyat
Qobustan rayonunda bal süzümü davam edir və indiyədək arıçılar 16 tondan çox bal götürüblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, arıçılıq Qobustanda ənənəvi təsərrüfat sahəsidir və hazırda 310 nəfər bu işlə məşğuldur. Arı ailələrinin sayı artıq 3500-ə çatıb. Xeyli peşəkar arıçı da yetişib. Təkcə Təklə kəndindən Taleh Qasımov və Rahib İsayevin hər biri 100-dən çox arı ailəsi bəsləyir.

Hazırda arıçılar cari ilin məhsulunu götürürlər. Ötən il 22 ton bal tədarük olunan bölgədə cari ildə arı ailələrindən 25 ton bal süzüləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed