Şrift:
Şəhidlərimizin döyüş yolu hər bir gəncə örnəkdir
13.08.2020 [11:28] - Gündəm, Sosial
İsmayıllıda rayon icra hakimiyyətinin, Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin nümayəndələri, ehtiyatda olan hərbçilər, mədəniyyət işçiləri və “İsmayıllı xəbərləri” qəzetinin əməkdaşları Tovuz sərhədində erməni hücumunun qarşısını alarkən şəhid olan və hazırda Balık kənd qəbiristanlığında uyuyan Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər.

Gənc ömrünü xalqına, torpağına, canından artıq sevdiyi Vətəninə bağışlayan Xəyyam Daşdəmirovun məzarı ismayıllılar tərəfindən hər gün ziyarət olunur, valideyinlərinə baş çəkilir. Budəfəki ziyarətdə də şəhidin xatirəsi ehtiramla yad edildikdən sonra valideyinlərinə baş çəkilib. Söhbət zamanı vurğulanıb ki, Xəyyamın və onun kimi qəhrəman gənclərimizin xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və onların döyüş yolu hər bir gəncə örnəkdir.

Görüşdə ailənin qayğıları ilə də maraqlanılıb.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed