Şrift:
İranın neft istehsalı azalmağa davam edir
13.08.2020 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə eft İxrac Edən Ölkələr Birliyinin (OPEC) yaydığı aylıq hesabatda məlumat verilir.


Bildirilir ki, iyul ayında İranın günlük neft istehsalı 1 milyon 936 min barelə enib. Bu isə iyuna nisbətən 11 min, may ayı ilə müqayisədə isə 18 min barel azalmanın olduğundan xəbər verir.


Lakin iyul ayında İran neftinin qiyməti iyuna nisbətən yüksələrək, 43 dolları keçib. Bununla belə, İran neftinin dəyərinin ortalaması 2020-ci ilin ilk 7 ayı ərzində 38 dollar 54 sent olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayidəsə 40 faizə yaxın azalmanın olduğunu göstərir.


Cari il ərzində İranın daxili neft tələbatı da təxminən gündəlik 200 min barelə qədər aşağı düşüb.


Digər tərəfdən, keçən ay ərzində OPEK-ə üzv ölkələrin gündəlik ümumi neft hasilatı təxminən 1 milyon barel artaraq, 23 milyon 173 min barelə çatıb. Səudiyyə Ərəbistanı iyul ayında gündəlik neft istehsalını 866 min barel artırıb.


Qeyd etmək lazımdır ki, İran sanksiyalardan öncə gündəlik 3.7 milyon bareldən çox neft istehsal edirdi. Lakin 2018-ci ildən Tramp administrasiyasının sanksiyalar tətbiq etməklə nüvə razılaşmasından çıxmasında sonra bu rəqəm təxminən yarıya düşüb.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed