Şrift:
İranda daha 174 nəfər koronavirusdan ölüb, 2625 nəfər xəstəliyə yoluxub
13.08.2020 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə avqustun 13-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 19 162 nəfərə, pandemiya xəstəliyinə yoluxanların sayı isə 336 324 nəfərə çatıb.


Xanım Sadat Larinin bildirdiyinə görə, indiyədək 292 058 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3971 nəfərin vəziyyəti ağır və orta ağırdır.


Sima Sadat Larinin dediyinə görə, bu günə qədər 2 milyon 788 min 27 test həyata keçirilib.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 19 162 nəfərə, yoluxanların sayının isə 336 324 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 88 200 nəfəri keçdiyini, 7 milyon 300 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed