Şrift:
Qazaxıstanın “Kazinform” informasiya agentliyi 100 illiyini qeyd edir
13.08.2020 [14:39] - Xəbərlər, Siyasət
Avqustun 13-də Qazaxıstan Beynəlxalq İnformasiya Agentliyinin - “Kazinform”un yüz yaşı tamam olur.

“Kazinform”un inkişaf yolu Qazaxıstanın tarixi salnaməsini əks etdirir. Ölkənin bu milli informasiya agentliyi yerli və xarici KİV-lər üçün yeganə rəsmi xəbər mənbəyidir.

“Kazinform” 1920-ci il avqustun 13-də yaradılıb və müxtəlif dövrlərdə ayrı-ayrı adlar altında fəaliyyət göstərib.

Agentlik rəsmi məlumatlarla yanaşı, ölkənin siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə və idman həyatı barədə dəqiq və operativ xəbərlər yayır.

Hazırda “Kazinform” 30-dan çox xarici ölkənin milli informasiya agentliyi ilə əməkdaşlıq edir və dünyanın müxtəlif bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

“Kazinform”da AZƏRTAC ilə əməkdaşlığı həmişə yüksək qiymətləndirirlər. Uzun illərdir ki, birbaşa müqavilə əsasında informasiya mübadiləsi aparan bu agentliklər üzv olduqları regional və beynəlxalq media qurumlarında da sıx əməkdaşlıq edirlər. Hər iki tərəf üçün faydalı olan bu əlaqələr gündən-günə daha da genişlənir.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed