Şrift:
“Prezident Rusiyaya etiraz edir, bu məmurlar, deputatlar isə hələ də susurlar”
14.08.2020 [11:00] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hamı prezidentə dəstək verməli, onun arxasında durmalıdır”

“Yeganə şəxsəm ki, hər zaman Rusiyaya qarşı münasibətimi açıq şəkildə ortaya qoymuşam”

Rusiyanın Ermənistana 400 tona qədər silah-sursat göndərməsi rəsmi Bakının ciddi narazılığına səbəb olub. Prezident İlham Əliyev bununla bağlı rusiyalı həmkarı ilə telefon danışığında da Azərbaycanın mövqeyini, baş verənlərlə bağlı narahatlığını diqqətə çatdırıb, qarşı tərəfdən bununla bağlı bütün suallara aydınlıq gətirməyi tələb edib.

Maraqlıdır, Minsk qrupunun həmsədri kimi bitərəfliyini qoruyub saxlamalı olan Rusiyanın ənənəvi müttəfiqi Ermənistana 400 tona qədər silah-sursat verməsinə cavab olaraq, Azərbaycan bu ölkənin həmsdərlikdən uzaqlaşdırılması məsələsini gündəmə gətirə bilərmi?

Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev bu kimi məsələlərdə qətiyyətli mövqe tutmağın önəminə diqqət çəkdi:

“Mən bəlkə də yeganə şəxsəm ki, hər zaman Rusiyaya qarşı münasibətimi açıq şəkildə ortaya qoymuşam. Bəzən üstümə gəliblər, bəzən dediklərimi doğru qəbul etməyiblər. Bəzən ehtiyat ediblər ki, guya Rusiyanın adını çəkmək proseslərə mənfi təsir göstərə və s. Lakin hər şeyi öz adı ilə çağırmaq lazımdır.

Rusiya və Ermənistan ortaq ordu yaradıb. Rusiya KTMT-də Ermənistanla bir yerdədir. Rusiyanın Minsk qrupunda tərəf tutduğu da ortadadır. Son vaxtlar isə Ermənistana 400 ton miqdarında silah-sursat verdi.

Mən bu yaxınlarda bir müraciət etmişdim. Orada qeyd etmişdim ki, bəziləri bu məsələdə yaxalarını kənara çəkirlər, gizlənirlər. Qeyd etmişdim ki, deyəsən bəzi məmurlar və deputatlar orta ağır vəziyyətdə reanimasiyadadırlar və vəzifə kreslosu adlı süni tənəffüz aparatına bağlanıblar. Onlar indi də susublar. Lakin prezident məcbur olub danışdı. Bu məsələləri açıq şəkildə qaldırmaq lazımdır. Kimsə bu məsələdə vasitəçilik etmək istəyirsə, onlar öz bitərəfliyini mütləq şəkildə qorumalıdırlar. Biz Rusiyadan heç nə istəməmişik. Fransadan, ABŞ-dan da heç nə istəməmişik. Biz sadəcə istəmişik ki, onlar həqiqətin yanında yer alsınılar. Biz onlardan BMT tərəfindən tanınan ərazimizdən işğalçının çıxarılmasını istəmişik.

Bu gün Rusiya Dövlət Dumasında Azərbaycan-Rusiya dostluq qrupunun rəhbəri var. O, çox normal, ədalətli mövqedən çıxış edən biridir. Yaxud, general Şamanov var idi. O, da hər zaman ədalətli mövqe sərgiləyib. Biz bu adamlarla Zatulini, Yazovu birmi tutmalıyıq? Əsla.

Bizim dönəm hakimiyyətinə tənqidi münasibətimiz bütün hakimiyyətlərə şamil olunmur. Biz yürüdülən siyasəti tənqid edirik. Zatulin əvvəl ədalətsiz mvöqe tuturdu və buna görə də biz də onu tənqid edirdik. Lakin Tovuz əməliyyatlarıdna başqa mövqe tutdu, biz də öz növbəmizdə fərqli mövqe sərgilədik.

Susqun deputatlar, susqun məmurlar səslərini çıxarmalıdırlar. Reanimasiyadan, vəzifə kreselosu adlı süni tənəffüz aparatından ayrılmalıdırlar. Bacarmırlarsa, çıxıb getməlidirlər. Baş verənlərlə bağlı ictimaiyyət, milliyətçi kəsim səsini qaldırmalıdır.

2016-cı ildə Azərbaycan məsələni həll edirdi. Lakin Rusiya tərəfi zəng edərək prosesə müdaxilə etdi. Azərbaycan öz torpaqlarını azad edə bilmədi. Çəkilin kənara, biz öz torpaqlarımızı azad edək. Prezidentin dediyi kimi, Azərbaycan və Ermənistan təkbətək məsələni həll etməlidir.

Rusiya Ermənistanı silahlandırmaqla silah kvotasını pozur. İğaldakı əraazilərimizdə narkotik plantasiyaları qurulur. Orada terrorçu təşkilatların yuvaları var. Livandan, digər ölkələrdən erməniləri bu torpaqlara kçürürlər. Mən bu günə qədər meydnada tək qalmışdım. Heç kim səsini çıxarmırdı. Biz Azərbaycanın milli marqlrına zidd olan hər addıma qarşı öz etirazımızı ortaya qoymalıyıq. Hamı prezidentə dəstək verməli, onun arxasında durmalıdır. Milli maraqlarımızn etibarlı şəkildə müdafiəsi üçün bütün bu məsələlərdə birliyimizə, qətiyyətli davranışımıza ehtiyac var”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 649 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed