Şrift:
"Qarabağ" komandasının keçmiş qapıçısı "Konyaspor" klubuna transfer olub
14.08.2020 [09:38] - Gündəm, İdman
Türkiyənin "Konyaspor" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun rəsmi saytı xəbər verir ki, Superliqa komandası "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiçi transfer edib.

Bosniya və Herseqovina yığmasının qapıçısı ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İ.Şehiç "Erzurumspor"a 2018-ci ildə "Qarabağ"dan keçib. O, 2015- 2018-ci illərdə Ağdam təmsilçisinin heyətində çıxış edib.
Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed