Şrift:
Yaponiyada topdan satış qiymətlər iki ay ərzində artmaqda davam edib
14.08.2020 [09:45] - Gündəm, İqtisadiyyat
Yaponiyada iyul ayında iqtisadi fəallığın artmasına baxmayaraq, topdan satış qiymətlərin iki ay ərzində artmaqda davam etdiyi müşahidə edilib.

Bu barədə Yaponiya Bankı məlumat yayıb. Bildirilir ki, iyulda topdan satış qiymətlər indeksi əvvəlki ayla müqayisədə 0,6 faiz artıb. Belə ki, iyulda həmin indeks 2015-ci ilin 100 baza səviyyəsinə nisbətdə 98,7 faiz təşkil edib. Buraya ötən il istehlakçı vergisinin artması da daxildir.

Bunun koronavirus pandemiyası nəticəsində tələbatın azalması səbəbindən xam neftin və metalın qiymətinin aşağı düşməsi və sonradan qalxması ilə əlaqədar olduğu bildirilir. Həmçinin kənd təsərrüfatı və balıqçılıq məhsullarının qiymətinin artdığı da qeyd edilir.

Bununla yanaşı, həmin indeksin ötən illə müqayisədə 2,4 faiz endiyi bildirilir.

Yaponiya Bankının rəsmi nümayəndələrinin bildirdiyinə görə, kornavirusun təsirinin azalmasına baxmayaraq, iqtisadi fəallığın müəyyən müddət ləngiyəcəyi gözlənilir. Bu məqsədlə iqtisadiyyat və qiymətlər sferasındakı tendensiyaların diqqətlə izləniləcəyi qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed