Şrift:
Fərəc Quliyev: Türkiyə ilə ortaq ordu yaratmalıyıq
14.08.2020 [23:19] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bizimyol.info-nun suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev cavablandırır.

-Azərbaycan və Türkiyə arasında başlanan hərbi-siyasi müzakirələr Rusiyanın ölkəmiz daxilindəki tərəfdarlarını xeyli fəallaşdırıb. Rusiyanın daxilində siyasi hərarətin artması, Ermənistanla münasibətlərin pisləşməsi Azərbaycan üçün əlverişli vəziyyət yaradır. Yaranmış hazırkı vəziyyətdən istifadə əvəzinə türk qoşunlarının Azərbaycana gəlişinin əleyhinə olan çıxışlar da səslənməkdədir.

-Türk hərbi qüvvələrinin Azərbaycana gəlişi ilə bağlı müxtəlif fikirlər səslənir və bəziləri onların burda daimi qalmalı olmasına bəziləri isə məhz bunun bizimlə rusların arasında gərginlik yaradacağıan səbəb olacağını deyirlər. Bu barədə nə düşünürsünüz?

-Türk hərbi qüvvələrinin Azərbaycana gəlməsinə müxtəlif fikirlər səsləndirilməsi anlaşılmazdır. Sanki zamanı və baş verənləri nəzərə almırlar. Əgər Qarabağ hadisələri baş vermiş olmasaydı, ölkəmiz sülh şəraitində olsaydı türk ordusunun və ya hansısa bir ordunun Azərbaycana daxil olmasına qarşı çıxanları anlamaq olardı.Amma indi vəziyyət fərqlidir. Əvvəla Azərbaycanda Tovuz hadisələri baş verəndə Türkiyə birmənalı mövqe sərgilədi, bildirdi ki, bu günədək siyasi çözümlərdə Azərbaycanın yanıdayqsa, indi bütün həll yollarında, çıxış yollarında Azərbaycanı dəstəkləyəcək.

Qarabağdan 300 kilometr uzaqda başlayan döyüşlər, yəni Tovuz hadisələri göstərdi ki,bu təkcə bizə qarşı təhdid deyildi, rusun əlində maşa olan ermənilər vasitəsilə həm də Türkiyəyə təhdid idi. Belə münasibətdən sonra təlimlərin başlanması bizi meydanda tək qoymamaq kimi dəyərləndirilməlidir.

Burda Türkiyənin Ağdənizdə , Suriyadakı siyasəti , neft-qaz layihələri də rol oynayır. Rusiyanın Ermənistandakı hərbi qüvvələrinin dislokasiya yeri Ermənistanda Naxçıvanla Qarabağ arasındadır. Bu yer təsadüfən seçilmiş ola bilməz.Qars müqaviləsinə görə Naxşıvan üçüncü bir dövlət tərəfindən təhlükə altında qalarsa, Tütrkyə müdaxilə etməlidir. Mən Türkiyənin hərbi bazasının burda yerləşdirilməsinə razıyam.İndi bunun əleyhinə çıxanlar Azərbaycana dost olmayan dövlətlərin sözünü deyirlər.Mən ortaq ordu yaratmağın da, gələcəkdə konfederasiya yaratmağın da tərəfdarıyam.

-Bu günlərdə Türkiyə Aralıq dənizi hövzəsində təklənib. Bu məsələdə Azərbaycan ona dəstək olacaqmı, yoxsa bizim Qarabağ problemimiz var deyib, bir çox məsələlərdə tərəfdaş dövlətlərə dəstək verə bilməmək halımız təkrar olunacaq?


- Türklərin “Mavi vətən” deyilən laihələri var, onlar özlərinin haqqı olanı istəyirlər. Aralıq dənizi ilə bağlı gərginlikdən danışarkən qeyd etməliyəm ki, orda ən uzun sahil xətti Türkiyənindir, amma istəyirlər türklər burda yalnız tilovla balıq tutsun. Təbii ki Türkiyə buna razı olmaz. Onlar Türkiyəni Egey dənizində həbs etmək istəyirlər, bunun üçün bir çox qüvvələri cəlb ediblər. Amma türklərin Liviya ilə bağladıqları müqavilə kifayət qədər ciddi bir müqavilədir.

Yaxın günlərdə birgə dəniz təlimləri keçiriləcək və Azərbaycan iştirak edəcək.

Azərbaycan demir ki, “Türkiyə gəl bizim üçün savaş”, biz hər yerdə -Azərbaycanda da, Türkiyədə də duşmənlərimizlə bir yerdə savaşa atılaq” deməyi bacarmalıyıq. Mən bir neçə il əvvəl parlamentdə də məsələ qaldırdım ki, Türkiyə- Azərbaycan asayişi birgə mühafizə qüvvələri yaradılsın.”Bizim problemimiz var, biz heç nəyə qarışmırıq” deməməliyik. Prezident bir dəfə çağırış etməklə 50 min min insan dərhal könüllü orduya yazıldı. Türkləri qorumaq üçün də yüz minlər ayağa qalxa bilər. Biz yazıq vəziyyətdə deyilik ki, deyək gəlin bizi qoruyaq.Türkiyənin düşmənlərinə qarşı da bir olmalıyıq.

- KİV-lərdə şaiələr dolaşdı, Nəcmədiin Sadıqkovun ruspərəst mövqe tutaraq, türklərin gəlişinin əleyuhinə çıxması ilə əlaqədar.Bu barədə nə deyə bilərsiz?

-Mən şailərə fikir bildirməyin tərəfdarı deyiləm. Şaiələrlə ictimai rəyi formalaşdırmaq düz deyil. Fakt budur ki, hər iki ölkənin qoşun rəhbərləri görüşdü və bütün hadisələrdə bir yerdəyik mesajı verdilər, Müdafiə Nazirliyi isə təkzib verdi.

-Belarusiyada nə baş verir? Demokratiya yoxs diktatura savaşları gedir?


- Belarus prezidenti Azərbaycana hər zaman dəstək vermiş dost bir şəxsiyyətdir. Orda baş verən hadisələrdə bir başa Rusiyanın əli var.Biz hadisələrə öz milli maraqlarımız kontekstindən baxmalıyıq. Tovuz hadisələrində ermənilər KTMT-yə üz tutanda belaruslar bizi qorudular. Yaxşı münasibətlərimiz var. Belarusun yaşam tərzi çox yüksəkdir.Avronest onu özündən kənarlaşdırmışdı, indi başa düşür ki, onun orbitindən çıxan rusları ələ keçirəcəklər, buna yol verməmək üçün indi Belarusu qoruyurlar. Belarus Rusiyanın təsiri altına düşmək istəmir.Bu ölkədə Azərbaycanın maraqlarını müdafiə edən rejim varsa, biz onu müdafiə etməliyik.

- Necə düşünürsünüz, dostu düşmən etmək taktikası ilə ruslar türklərlə aramıza girə bilərlərmi?

-Belə cəhdlər olacaq, bu rusların taktiki yanaşmasıdır dostları düşmən etmək. Bunun üçün milyonlar ayırır, investisiyalar qoyur. 2013-cü ildə Milli Şura belə yaradılmışdı, Rusiya vətəndaşı İbrahimbəyovu hakimiyyətə gətirmək, 2 il keçid hökumətindən sonra Abbas Abbasovu gətirmək, daha sonra Dağlıq Qarabağda ikinci erməni hökuməti qurmaq müzakirə olunmuşdu. İndi türklərlə də nələrsə fikirləşə bilərlər, amma ciddi nəticə alacaqlarına inanmıram, çünki Azərbaycan - Türkiyə dostluğu genişlənməlidir, daha da möhkəmlənməlidir biz bunun üçün çalışmalıyıq

-Türklərin Cənubi Qafqaza hərbi qüvvə olaraq girişindən xoşlanmayan Rusiya, bizi itirməmək,”qapdırmamaq” üçün mənafeyimizə uyğun hansısa qərarlar verə bilərmi?

-Ruslar bölgədə öz maraqlarını qorumaq, Türkiyə ilə yaxşılaşmış münasibətləri qorumaq üçün çalışmalıdır. Hətta Jirinovski belə dedi ki, biz Qarabağı Azərbaycandan alıb Ermənistana verməklə özümüzə problem yaratmamalıyıq.Çox böyük fəlakətlərə yol açmış olarıq. Biz qonşularla sıfır problemli siyasət yürüdən dövlətik.Bu gün Türkiyənin Qafqazda mövqeyi güclənib, amma o işğalçı kimi gəlməyib. Rusiya ilə ticarətdə o üçüncü yeri tutur. Ortada Azərbaycanı didib-dağıtmaqla kimsə Qafqazda mövqe sahibi olmaq arzusundadırsa bu mümkün deyil təbii. Bir məsələ də var ki, Türkiyəyə qarşı qabıq siyasəti yürdülür. Yəni Türkiyəni öz qabığından çıxmağa qoymamaq.Onu PKK ilə əzmək istədilər, lakin Türkiyə bu ilanın başını əzdi, və hətta sərhədlərindən kənarda da əzdi. Türkiyə artıq dünya gücünə çevrilib.Türkiyənin Orta Asiyada da mövqeləri güclənib, türk dövlətlərinə güclü inteqrasiya yaranıb, ruslar bunu görür. Yəqin bunu da görürlər ki, Türkiyə aqressor dövlət deyil və onunla düşmən yox, tərəfdaş olmaq daha çox fayda verə bilər.

İlhamə Rəsulova
Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed