Şrift:
Qubada Soyqırım muzeyi 2013-cü ilin əvvəlində istifadəyə veriləcək
06.11.2012 [11:42] - Sosial
Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba məzarlığında Heydər Əliyev Fondu tərəfindən möhtəşəm abidə kompleksinin tikintisi artıq bitmək üzrədir.

Bu barədə Davam.Az-a Quba rayonundan seçilən deputat Vahid Əhmədov məlumat verib:

“Hazırda Qubada soyqırım məzarlığında ümumi tamamlanma işləri gedir. Tikinti bitmək üzrədir. 2013-cü ilin birinci yarısında kompleks istifadəyə veriləcək”.
Qeyd edək ki, 30 dekabr 2009-cu ildə ölkə başçısı İlham Əliyev Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılması haqqında sərəncam imzalayıb. Quba məzarlığında təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib.
Bu xəbər oxucular tərəfindən 1268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed