Şrift:
Güney azərbaycanlı milli fəal Səhənd Məali məzuniyyətə buraxılmır
17.08.2020 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Prokurorluq tərəfindən Məalinin sərbəst buraxılması üçün qəbul edilən mülki vəsiqə ailə tərəfindən təmin olunsa da hökmləri icra edən şöbənin hakimi İzədi milli fəalı məzuniyyətə buraxmır.

Məlumata əsasın, İzədi Sarab şəhərinin baş prokuroru Ovlianəsəb və təhlükəsizlik orqanları ilə müşavirə keçirdikdən sonra Məalinin azadlığa buraxılmasına qarşı sıxıb.





Milli fəal iyunun 30-da öz iş yerində həbs edilərək Sarab zindanına aparılıb. Azərbaycanlı milli fəal 10 aylıq həbs müddətini çəkdikdən sonra fevralın 16-da sərbəst buraxılmışdı. Lakin Məali ailəsi ilə əlaqə saxlayaraq yenidən saxlanılma səbəbini barəsində çıxarılan bir il həbs hökmü ilə əlaqəli olduğunu deyib.





Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il mayın 2-də 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına köçürülmüşdü. Həbsdə ikən onun barəsində yenidən bir il həbs və pul cəriməsi qərarı çıxarılmışdı. Lakin hər iki dosyesi birləşdirildikdən sonra daha öncə çəkdiyi həbs müddəti də nəzərə alınaraq fevralda sərbəst buraxılmışdı.





Buna baxmayaraq təhlükəsizlik qüvvələri Məaliyə onun dosyelərinin birləşdirlmədiyini, məhkum olduğu bir il həbs cəzasını da çəkməli olduğunu bildirərək yenidən Sarab zindanına köçürüblər.





Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed