Şrift:
Ermənistanda son sutka ərzində 250 koronavirus xəstəsi dünyasını dəyişib
17.08.2020 [15:09] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artmaqda davam edir.

Hazırda Ermənistanda koronavirus xəstələrinin sayı 41 min 701 nəfərə çatı

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində Ermənistanda koronavirusdan müalicə olunan 250 nəfər ölüb. Onlardan 6-nın sırf koronavirusdan öldüyü bildirilir. Qalan 244 koronavirus xəstəsinin hansı səbəblərdən dünyasını dəyişdiyi açıqlanmır.

Hazırda Ermənistanda 5978 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 5665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed