Şrift:
Litvada koronavirusun ikinci dalğası oktyabr ayında gözlənilir
17.08.2020 [15:36] - Gündəm, Sosial
Litvada son günlərdə koronavirusa yeni yoluxma hallarının artmasına baxmayaraq, bunu mütəxəssislər virusun ikinci dalğası adlandırmırlar.

Bu barədə “Delfidə gün” proqramında açıqlama verən infeksionist Arvidas Ambrozaytis virusun ikinci dalğasının oktyabr ayında gözlənildiyini söyləyib.

“Vəziyyət getdikcə pisləşir, xəstəliyə yoluxanların sayı artır. Onların arasında xaricdən gələn vətəndaşlardan yoluxanlar kifayət qədərdir. Hər yüz min nəfər əhalinin payına düşən yoluxma halı 3-dən 5-ə yüksəlib və yoluxma halının azalması istiqamətində heç bir irəliləyiş yoxdur”, - deyə o bildirib.

Həkimin sözlərinə görə, xəstəliyə yoluxma halları artmağa davam edəcək. Tədris ilinin başlanmasının buna səbəb olacağından ehtiyat edilir: “Bu da təsir edə bilər. Şagirdlər və tələbələr qayıdacaqlar. Əhalini özünü qripdən qorumağa, pnevmokok infeksiyasına qarşı da peyvənd etdirməyə razı salmaq lazımdır. Əgər ikiqat yoluxma olarsa, vəziyyət daha ağır ola bilər”.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed