Şrift:
“Dünya xilas olacaq” adlı onlayn rəsm sərgisi açılıb
18.08.2020 [10:29] - Gündəm, Mədəniyyət
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşəbbüsü ilə (ADRA) “Dünya xilas olacaq” adlı onlayn rəsm sərgisi açılıb.

Sərgidə 69 rəssamın 90-dək sənət əsəri nümayiş olunub. Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, akademiya nəzdində İncəsənət Kolleci və Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrinin birgə layihəsi əsasında təşkil edilib.

Layihə rəhbəri İncəsənət Kollecinin müəllimi memar və dizayner Fərəh Əmirova olan sərginin məqsədi koronavirusa qarsı mübarizəni dəstəkləmək, xəstəlikdən müdafiə üsullarını öyrənmək və bunu cəmiyyətdə təbliğ etməklə insanları maarifləndirməkdir.

Sərginin mahiyyəti isə yaradıcı gənclərdə yaranmış boşluğu doldurmaq, pandemiya səbəbindən yeniyetmə və gənclərdə əmələ gələn panikatak, depressiya, stress və müxtəlif fobiyaların qarşısını almaqdan ibarətdir.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed