Şrift:
Qərbi Azərbaycanın yerli olmayan valisi Salmasda yerləşən geniş ərazini mühacir kürdə buraxıb
19.08.2020 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Salmas əhalisi sosial şəbəkədə videolar paylaşaraq bu ərazinin “dəri zavodu tikmək bəhanəsi ilə” sözügedən şəxsə verildiyini bildiriblər.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri bu məsələyə etriazlarını bildirərək, qərarın ləğv edilməsini tələb ediblər.







Qərbi Azərbaycanda oxşar hadisələrə ötən illərdə də rast gəlinib. Keçən il Şəhriyarinin dəstəyi ilə Urmiyada “Məscid-i Came”nin ətrafındakı tarixi ərazi İraqın Ərbil şəhərindən olan Novruzi adlı radikal bir kürdə verilmişdi. Lakin geniş etirazlar Qərbi Azərbaycan prokurorunun müqavilənin ləğvinə dair göstəriş verməsinə səbəb oldu.





Şimali Xorasanın Bocnurd şəhərindən olan Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari hər zaman Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyi ilə seçilib, o bölgənin kürdləşdirilməsi prosesinə uyğun olaraq qərarlar verir.





Şəhriyari İran hakimiyyətindəki islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan əyalətində vəzifəyə gətirilib.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed