Şrift:
Yanvar-iyul aylarında Azərbaycan Gürcüstana 114 min ton neft məhsulları ixrac edib
19.08.2020 [11:15] - Gündəm, İqtisadiyyat
Gürcüstan cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 114 min ton neft məhsulları idxal edib. Bu da Gürcüstanın idxal etdiyi ümumi yanacağın 18,7 faizini təşkil edib.

Bu barədə Gürcüstan Neft İdxalatçıları Birliyi məlumat yayıb.

Bildirilir ki, bu göstərici ilə Azərbaycan Gürcüstana neft məhsulları ixrac edən ölkələr sırasında ikinci yerdədir. Birinci yerdə 212,8 min tonla (35 faiz) Rusiya dayanır. Üçüncü yerdə 110 min tonla (18,1 faiz) Rumıniya, dördüncü yerdə isə 55,3 min tonla (9,1 faiz) Türkmənistan dayanır.

Siyahıda ilk beşliyi Bolqarıstan tamamlayır – 46,5 min ton.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed