Şrift:
Koronavirus tədbirləri çərçivəsində Türkiyənin daha səkkiz vilayətində yeni qadağaların tətbiqinə başlanılıb
19.08.2020 [16:09] - Gündəm, Sosial
Koronavirus tədbirləri çərçivəsində Türkiyənin daha səkkiz vilayətində yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün yeni qadağaların tətbiqinə başlanılıb.

Bununla da ölkədə COVID-19-la bağlı qadağaların tətbiq edildiyi şəhərlərin sayı 30-a çatıb. Bu tədbirlər çərçivəsində yaşı 65-dən yuxarı və xroniki xəstəlikləri olan vətəndaşların günün müəyyən saatlarında ictimai-iaşə obyektlərinə daxil olmasına icazə verilməyəcək.

Bundan əlavə qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin bəzi bölgələrində maska taxmaq məcburiyyəti, park, küçə və prospektlərdə yemək-içmək qadağan edilib.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed