Şrift:
Ruhani: "2-3 ildə olduğu kimi, yenə müqavimət göstərəcəyik"
20.08.2020 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu gün Hökumət Kabinetinin iclasında etdiyi çıxış zamanı iddia edib ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasına görə tətik mexanizmindən istifadə etmək hüququ yoxdur.


"Bu dövr bitəcək. İranda Ağ Ev hökumətinin və sanksiyaların daimi olacağını düşünənlər yanılırlar. Çünki heç biri qalmayacaq və sanksiyalar aradan qalxacaq", - deyə Ruhani əlavə edib.


Qeyd etmək lazımdır ki, rəsmi Vaşinqton bir müddətdir ki, oktyabrın 18-də sona çatacaq BMT-nin İrana qarşı silah embarqosunun müddətinin uzadılması üçün diplomatik təlaşlar göstərir. ABŞ bu halın baş tutmayacağı təqdirdə, tətik mexanizmindən istifadə etməklə, BMT-nin İrana qarşı ləğv etdiyi sanksiyaların yenidən qəbul edilməsinə çalışacağını bəyan edir.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed