Şrift:
Təbrizin yerli məsulları tarixi abidələrin vəziyyətindən xəbərsizdir
20.08.2020 [12:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasının üzvü Kərim Sadiqzadə yerli jurnalistin Bağır xanın evi haqqında verdiyi suala cavab verə bilməyib.

Müsahibədə Sadiqzadənin şura üzvü olmasına baxmayaraq məsulların laqeydliyi nəticəsində dağılmaqda olan bu tarixi abidən harada yerləşdiyi barədə belə məlumatı olmadığı göstərilir.

Şurada olan digər şəxslər də müxbirin sualını cavablandıra bilməyiblər.







Məşrutə inqilabının qəhrəmanlarından olan Bağır xanın evi uçmuş vəziyyətdədir.

Təbrizin Xiyavan məhəlləsinin Salar küçəsində yerləşən tarixi abidə son illərdə zibilliyə və narkotik maddə aludəçilərinin toplaşdığı məkana çevrilib.

Qacarlar dövrünün yadigarı olan binada keçən il yanğın baş vermişdi, lakin hələ də bərpa və təmir işləri aparılmayıb.

Qeyd edək ki, İran rejimi məsullarının laqeydliyi və ögey münasibəti nəticəsində Güney Azərbaycanın tarixi abidələrinin bir çoxu dağılmaqdadır.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed